Dünya ictimaiyyəti Myanma müsəlmanlarının qırğınına ciddi reaksiya göstərməyib
Mançesterdə Müsəlmanların Məsələləri Mərkəzinin müdiri vurğulayıb ki, dünya ictimaiyyəti Myanma müsəlmanlarının qırğınına ciddi reaksiya göstərməyibdir.
Press TV-nin məlumatına görə, Cahangir Muhəmməd bu telekanal ilə müsahibədə Ruhingiya müsəlmanlarının qırğın olunmaları barədə deyib: Məncə, dünya ictimaiyyətinin, xüsusən Qəbr medialarının Myanmada müsəlmanların qırğın olunmalarına reaksiyaları çox gecdir. Myanmada Ruhingiya müsəlmanlarına qarşı cinayətlər 2012-ci ildən həyata keçirilir və dünya ictimaiyyəti çox gec onların fikrinə düşübdür. Bundan əlavə, hələ bu qrupa edilən zülmə ciddi reaksiya görünməyib; reaksiyalar mülayimdir və heç bir real və təsirli addımlar atılmayıbdır. Hazırda on minlər, bəlkə də yüz minlərlə Ruhingiya müsəlmanı didərgin və evsiz-eşiksiz olubdur. Myanma hərbçilərinin onlarla gördükləri iş etnik təmizləmə və soyqırımıdır. Əgər İslamdan savayı digər dinlərin davamçıları, o sıradan xristianlardan bir qrupu dünyanın bir yerində öldürülsəydi, dünya ictimaiyyəti var gücü ilə məsələyə qarışardı. Buna görə, dünya ictimaiyyətinin müsəlmanlar barədə həyata keçirdiyi ayrı-seçkilik qəbuledilməzdir və təəssüflə, dünya ictimaiyyətindəki diqqətsizlik və qətiyyətsizlilik Myanma dövləti və ordusunu bu ölkə müsəlmanlarına qarşı qırğın və zülmü davam etdirməyə təşviq edir.