Qəzzə zolağında insani faciə barədə xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Fələstin Didərginlərinə Yardım Agentliyi(ANRUA) Qəzzə zolağındakı durum barədə xəbərdarlıq edib.
ANRUA-nın əməliyyat rəhbəri Bo Şak Türkiyənin Anadolu xəbər agentliyinə verdiyi açıqlamada deyib: Qəzzədə mühasirədə olan sakinlərin durumu daha ağırlaşıb, ona görə ki, İsrail bu ərazilərə ərzaq mallarının idxalına əlavə mədudiyyətlər tətbiq edib.
Bo Şak deyib: İsrail 2016-cı il may ayından bəri 2014-cü ildə müharibə nəticəsində yaranmış dağıntıların bərpası üçün Qəzzəyə hər hansı tikinti materialının idxalına mane olur.
ANRUA-nın əməliyyat rəhbəri deyib: Mühasirədə olan Qəzzə zolağında su və işıq böhranı hələ də davam edir, infrasturuktur dağılıb və fələstinlilərin Rəfəh keçidindən gediş-gəlişi çox məhduddur.
Sionist rejim 2007-ci ildən Qəzzə zolağına qaşı mühasirəni gücləndirib və müharibədən ziyan görən bu bölgəyə yanacaq, tikinti materilalları və əsas məişət mallarının icxalına mane olur.