Dek 13, 2016 16:58 Asia/Baku
  • Putin Trampla görüşə hazırdır
    Putin Trampla görüşə hazırdır

Rusiya prezidenti deyib ki, Moskva-Vaşinqton əlaqələrinin yaxşılaşdırılması üçün Amerikanın seçilmiş prezidenti ilə görüşə hazırdır.

Fars xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu gün deyib: Amerikanın seçilmiş prezidenti Donald Tramp aşkar şəkildə Moskva-Vaşinqton əlaqələrinin adiləşdirilməsini istəyib və Rusiya bu ideyanı dəstəkləyir.

Putin söyləyib: Rusiya-Amerika əlaqələrinin gərginliyi miqdarını nəzərə alaraq, iki ölkə əlaqələrinin adiləşməsi sadə bir iş deyil, amma Rusiya özünün bu sahədəki payını ifa etməyə hazırdır.

Rusiya prezidenti söyləyib: Rusiya həmçinin terrorizmlə mübarizə sahəsində Amerika ilə yaxın həmkarlığa hazırdır.

Rusiya prezidentinin terrorizmlə mübarizə sahəsində Amerika ilə yaxın həmkarlığa dair sözləri elə bir halda söylənir ki, bu ölkə Suriyada İŞİD və digər terror qrupları ilə mübarizədə ABŞ ilə heç bir həmkarlığa malik olmayıbdır. 

Teqlər