Türkiyə Suriyanın atəşkəsin icrasının qarşısını aldığını iddia edib
-
Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iddia edib ki, Suriya ordusu Hələbdə atəşkəsin icra prosesində ləngimə metodunu yürüdür.
Associated Pressin məlumatına görə, Türkiyə xarici işlər naziri bu gün Ankarada jurnalistlərlə müsahibədə iddia edib ki, Suriya hökuməti Hələbdə atəşkəsin icra prosesinin qarşısını alır.
Türkiyə rəsmisinni bu iddiası ilə yanaşı, Suriya ordusu bildirib ki, ötən gün Hələbin şərqində atəşkəsin icra olunması ilə bir vaxtda terrorçular Səlahəddin bölgəsinə hücum ediblər. Hücum 10 sivilin yaralanması ilə nəticələnib. Suriyada terror qruplarının başçısı, Rusiya və Türkiyənin nümayəndələri ötən gün çərşənbə axşamı günü Hələbin şərqində atəşkəsin icrası üzrə razılığa gəliblər. Razılığa əsasən sivillər və terrorçular Hələbdən çıxmalıdırlar.
Suriya ordusunun Hələbin şərqində irimiqyaslı şəkildə irəliləməsi və bu bölgənin əksər hissələrinə nəzarəti ələ keçirməsindən sonra əllləri suriyalıların qanına bulaşan təkfirçilərin əksəriyyəti təslim olublar.
Suriyanın şimalında Hələb şəhəri 5 ildən sonra tam şəkildə terrorçuların işğalından azad olunub. Bu da Amerika, Türkiyə, Ərəbistan və sionist rejimin sərt nigaranlığı və qəzəbinə səbəb olub.
Suriya böhranı 2011-ci ildən Ərəbistan, Amerika və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək üçün bu ölkəyə axını ilə başlanmışdır.