Dek 15, 2016 11:25 Asia/Baku
  • Yüzlərlə nigeriyalı Bokoharamın əlindən xilas edilib
    Yüzlərlə nigeriyalı Bokoharamın əlindən xilas edilib

Nigeriya ordusunun bir rəsmisi deyib: 450 uşaq daxil 600 mülki Bokoharam qrupunun əsirliyindən xilas edilib.

Spotnik-in verdiyi məlumata görə, nigeriyalı komandan Luki İrabor dünən deyib: Borno vilayətinin Sambisa meşələrində keçirilən əsirlərin azad edilməsi əməliyyatında onlarla Bokoharam üzvü öldürülüb. 

Bokoharam qrupu 2009-dan Nigeriya , 2015-dən isə Niger, Kameron və Çadda özünün terrorçu fəaliyyətlərinə başlayıb. 

Bu terrorçu qrupun hücumları nəticəsində Nigeriyada 20 min insan həlak olub 600 min sakin öz ev-eşiyindən didərgin düşüb. 

Nigeriya dövləti və ordusunun Bokoharam kimi silahlı qruplarla mübarizədəki acizliyi minlərlə mülkinin ölümü və terrorçulara qarşı savaşın uzanmasına səbəb olub. 

Teqlər