Dek 16, 2016 11:21 Asia/Baku
  • ABŞ-ın İrana qarşı 10 illik sanksiyalar qanunun siyahısından bir sıra hallar çıxarılıb
    ABŞ-ın İrana qarşı 10 illik sanksiyalar qanunun siyahısından bir sıra hallar çıxarılıb

İran İslam Respublikasının sıx diplomatik prosesi davam etdirməsi ardınca, ABŞ 10 illik sanksiyalar qanunun siyahısından bir sıra halları çıxarmağa məcbur olmuşdur.

İRNA-nın məlumatına görə, ABŞ-ın Xəzinədarlıq Nazirliyi cümə axşamı günü bir sənədi yayımlayaraq maliyyə və bank məsələləri ilə əlaqədar sanksiyalara şamil olan ikinci dərəcəli bir sıra sanksiyaların 10 illik sanksiyalar siyahısından çıxarıldığını bildirib. 

Bu məlumata görə, ABŞ Xəzinədarlıq Nazirliyinin ləğv etdiyi digər sanksiyalar sığorta xidmətləri, nüvə anlaşması proqramı ilə bağlı fəaliyyətlərlə əlaqədə olan yenidən sığortalanma kimi halları özündə ehtiva edir. 

Həmçinin enerji və neft-kimya sektorlarının sanksiyaları, gəmiçilik və gəmiqayırma sahəsində anlaşma ilə əlaqədar sanksiyalar, qızıl və digər qiymətli daşlar sahəsində İranın ticarəti ilə əlaqədar sanksiyalar, məhsulların istehsalı satışı və ya nəqli sanksiyaları, İranın avtomobilqayırma sektoru ilə əlaqədar xidmətlərin sanksiyaları İran əleyhinə 10 illik sanksiyalar siyahısından çıxarılıb. 

Digər ləğv olunan sanksiyalar, qrafit sahəsində, xammal, alüminium, polad, daş-kömür kimi metallar, nüvə anlaşması ilə uyğun fəaliyyətlərlə əlaqədə sənayenin birləşdirilməsi prosesləri üçün nəzərdə tutulan proqramlara şamil olur. 

ABŞ Senatı 1 dekabrda əleyhinə səs olmadan 99 lehinə səslə Nümayəndələr Palatasında təsdiqlənmiş İran əleyhinə sanksiya qanununun müddətinin uzadılmasını təsdiqləyib. 

Ağ Ev bundan öncə bildirmişdi ki, ABŞ prezidenti Barak Obama ehtimal üzrə bu qərarı imzalayacaq. Lakin ABŞ prezidenti çərşənbə günü sona çatan qanuni müddətində bu qərarı imzalamaqdan imtina edib. Və qərar avtomatik şəkildə qanuna çevrilib. 

Teqlər