London Ərəbistan silah satışını dayandırsın
Barak Obama hökuməti çox gec qərara aldı ki, Amerikanın Səudiyyə Ərəbistanına bəzi silahların satışını dayandırsın və bu qərarın səbəbini də Yəməndə müharibə elan edib. Hazırda ekspertlər deyirlər ki, İngiltərə də Vaşinqton kimi Ər-Riyada silah satışını dayandırsın.
Londonda qeyri-hökumət təşkilatı olan Saferworld silah bölməsinin rəisi Roy İzbistr CNN-ə deyib: İngiltərənin hazırkı hökumətinin Yaxın Şərqə strategiyası qalmaqallıdır. Amma Amerikada baş verən olayları nəzərə alaraq, Tereza Mey hökuməti təzyiq altına düşəcək ki, Səudiyyə Ərəbistanı qarşısında öz siyasətinə yenidən baxsın. İngiltərə hökuməti bundan öncə də parlament tərəfindən təzyiqə məruz qalıb və məhkəmələrdə hüquqi problemlərlə üz-üzədir, bəzi avropalı şəkirlərinin də təzyiqləri ilə üzləşib.
O Səudiyyə Ərəbistanını İngiltərənin ən böyük silah müştərisi adlandırıb və əlavə edib: Aydındır ki, London Ərəbistana silah satmaqla hazırda Yəmən müharibəsində olduğu bir şəraitdə beynəlxalq qaydaları pozub və dediyim kimi İngiltərə məhkəmələrində Tereza Mey hökumətinə qarşı iş açılıb. Səudiyyə Ərəbistanının bombarmdanları nəticəsində həyatını itirənlər təkcə günahsız insanlar deyil, qeyri-hərbi obyektlər, o cümlədən su sistemi, məktəblər, xəstəxanalar, limanlar və aeroportlar da dağılır və beləliklə vətəndaşları normal yaşamaq imkanı yoxdur. Saysız qurumlar vardır ki, Yəmənin aclıqla bir addım məsafəsinin olması haqda xəbərdarlıq edirlər. Buna görə İngiltərə vətəndaşları Yəməndə baş verən hadisələrlə yaxından tanış olarlarsa, məsələləri daha həssaslıqla izləyərlər.