Obama ABŞ xalqının iqtisadi problemlərini etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i251411-obama_abŞ_xalqının_iqtisadi_problemlərini_etiraf_edib
Amerika prezidenti etiraf edibdir ki, bu ölkə xalqının iqtisadi problemləri davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2016 07:25 Asia/Baku
  • Obama ABŞ xalqının iqtisadi problemlərini etiraf edib

Amerika prezidenti etiraf edibdir ki, bu ölkə xalqının iqtisadi problemləri davam etməkdədir.

IRNA-nın məlumatına görə, Amerika prezidenti Barak Obama cümə günü 2016-cı ildəki son mətbuat konfransında Amerikadakı ağır iqtisadi və ictimai durumu etiraf edib və bildirib ki, hələ də bu ölkə xalqının bir hissəsi ac və evsiz-eşiksizdir.

Obama həmçinin etiraf edib ki, Amerikada silahlı zorakılıqlar qarşısında öz uşaqlarını necə qorumağı bilməyən ailələr mövcuddur.

Amerika prezidenti, Donald Trampın bu ölkənin prezident seçkilərində qalib gəlməsi barədə isə deyib: Demokrat partiyası xalqı siyasi dəstək üçün səfərbər edə bilmədi.

Amerika prezidenti habelə deyib: Amerikalı rəsmilər Rusiyanın kiber hücumları barədə nigaran olmalıdırlar. 

Amerika prezidenti 5+1 qrupunun İranla nüvə anlaşmasını önəmli bir nailiyyət adlandırıb.

Barak Obamanın sözlərinə görə, Vaşinqton Suriya hökumətinə qarşı təzyiqləri davam etdirəcəkdir.