Trampın prezidentliyinə qarşı etiraz
-
Trampın prezidentliyinə qarşı etiraz
Vaşinqton D.C şəhərində bir qrup Amerika vətəndaşı etiraz aksiyası keçirərək Elektral Kollec üzvlərindən Donald Trampa qarşı səs vermələrini istəyiblər.
PressTv-nin verdiyi məlumata görə, aksiya iştirakçılarından olan Ceyson Çirter deyib: Hal hazırda ABŞ-ın seçki elektral kolleclərinin respublikaçılardan olan üzvlərinin 19-20 nəfəri Trampa verdikləri səslərinə yenidən baxmaqdadırlar.
Vaşinqton D.C şəhərində Trampa qarşı son aksiya ona görə keçirilib ki, son günlər Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi barədə müəyyən məlumatlar yayılmışdır. Aksiya iştirakçıları plakatlar daşıyaraq Trampın Rusiya ilə əlaqədə olduğunu bildiriblər. ABŞ-da Trampın müxalifləri Elektral Kollecin 37 üzvünü Trampa verdiyi səsi geri almağa həvəsləndirməyə və bu yolla Trampın prezidentliyinə mane olmağa çalışırlar. Trampın müxaliflərinin qənaətincə, Elektral Kollec üzvləri Rusiyanın seçkilərə Trampın xeyrinə müdaxilə etmiş olması ilə razılaşarlarsa, onlar Trampa verdikləri səslərini geri alacaqlar.