Dek 20, 2016 13:29 Asia/Baku
  • Rusiya səfirini terror etmiş amilin yaxınlarından beş nəfər həbs olunub
    Rusiya səfirini terror etmiş amilin yaxınlarından beş nəfər həbs olunub

Türkiyədəki informasiya mənbələri Rusiya səfirini terror etmiş amilin yaxınlarından beş nəfərin həbs olunmasından xəbər veriblər.

Türkiyədə çıxan Milliyyət qəzeti yazıb: Bazar ertəsi günü gecə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu terror etmiş Türkiyənin xüsusi təyinatlı qüvvələrindən olan Mövlud Mərt Altın Taşın atası, anası və bacısı, həmçinin Altın Taşın qohumlarından iki nəfər Aydın vilayətinin Sukə bölgəsində həbs olunub.

Bundan öncə Rusiyanın Türkiyədəki səfirini terror etmiş amil ilə Ankaranın "Yeni Məhəllə" məntəqəsində yaşamış bir polis məmuru da həbs olunubdur.

Belə bir halda, adı açıqlanmamış Türkiyənin təhlükəsizilik rəsmilərindən biri bildiribdir ki, Rusiyanın Türkiyədəki səfirini terror etmiş amilin FETÖ adlandırılan Gülən qrupu ilə bağlı olması haqda "son dərəcə güclü nişanələr" mövcuddur.

Onu da qeyd edək ki, Amerikanın Pensilvaniya ştatının sakini olan Fəthullah Gülən Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyərək, bu qrupun həmin terror əməliyyatının amili ilə hər cür əlaqəsinin olmasını rədd edibdir.

Gülən qrupu Türkiyə dövlətilə müxalifdir. Rəsmi Ankara Fəthullah Güləni uğursuz 15 iyul çevrilişində rol oynamaqda ittiham edibdir.

Teqlər