İngilis keşiş: Qərb medialarının məlumatları tamamilə birtərəflidir
Öz xərcilə Suriyaya getmiş bir ingilis keşiş Rusiyanın ingilis dilli telekanalı ilə müsahibədə deyib: Qərb medialarının Suriyanın vəziyyəti barədəki məlumatları tamamilə birtərəfli və sırf Hələbin şərqindəki terror mənbələrindəndir.
İngilis anqlikan keşiş Andro Eşdvan deyib: İngiltərədə və Avropada mesajlar olduqca birtərəflidir. Məqsədim budur ki, biz təqribən inhisar formasında, xəbərləri Hələbin şərqindəki terrorçulardan eşidirik. Mən xoşbəxt idim ki, Hələbin şərqindəki məntəqələrə gedə və bir neçə gün bundan öncə azad edilmiş məntəqələrə baş çəkə biləm.
Mən həmçinin əhalinin daxil olmaqda olduğu didərginləri qəbul edən bir neçə mərkəzdən baxış keçirdim. Didərginlər başlarına gəlmiş bəlalar barədə dəhşətli əhvalatlar danışırdılar. Bu əhvalatlar bizim burada, İngiltərədə eşitdiyimiz rəvayətlərlə tamamilə təzaddadır. Didərginlər əhalinin terrorçular tərəfindən qətlə yetirilməsindən danışırdılar. Onlar habelə Suriya dövlətini hər cür himayəni büruzə verən hər bir kəsin terrorçular tərəfindən zorlanması, həbsə salınması və edam edilməsindən danışırdılar.