Amerikada silahlı zorakılıqlar davam edir
Dek 23, 2016 11:11 Asia/Baku
Dünən Amerikanın müxtəlif məntəqələrində baş vermiş atışmalarda 9 nəfər ölüb, 2 nəfər də yaralanıbdır.
Bu silahlı hücumlar Florida, Şimali Karolina, Meriland, Kaliforniya, Arizona, Virciniya, Kolorado və Nyu-Cersi ştatlarında həyata keçirilib.
2016-cı ilin əvvəlindən bəri bütün Amerikada 50 mindən çox atışma halı barədə məlumat yayılıbdır ki, bu atışmaların nəticəsində təqribən 13 min öldürülüb, 27 min nəfər də yaralanıbdır.
Amerikada vətəndaş hüquqlarını müdafiə və ona dəstək qruplarının xahişlərinə rəğmən, silah lobbisinin qüdrətinə görə, indiyədək Ağ Ev silah satışının məhdud edilməsi barədə qanunlar tətbiq emək sahəsində müvəffəq olmayıbdır.