Hələb azad edildi, cəhalətin açdığı yaranın miqyası aşkar oldu...
Hələb şəhərinin azad edilməsi şəhər əhalisi və Suriya xalqının sevincinə səbəb olub. Amma, Qərb və irticaçı Ərəb rejimlərinin himayəsi ilə şəhəri 4 il işğalda saxlayan cahil terrorçuların şəhərə və onun əhalisinə vurduğu yaranın acısını unutmaq heç də asan olmayacaq.
Hələb. Dünya şöhrətli qədim şəhər. Bir zamanlar şərq və qərb arasında körpü rolunu oynayardı. Suriyanın şimalında yerləşən bu şəhər Yunan, Roma və İslam sivilizasiyasının qovşağı sayılır. Bu şəhərdəki tarixi binalar dünya irsi sayılır. Amma, gözlənilmədən cəhalət və təkfirçilik bu tarixi şəhərin gözəl simasını dəyişdi. Hələb 4 il fitnə oduna yandı. Dillər əzbəri olan tarixi Əməvi məscidi isə, savaş meydanına çevrildi. Dünyanın gözləri önündə Hələb sakinlərinin başları kəsilirdi. Bu insanabənzər yırtıcılar hətta uşaqlara da rəhm etmədilər. Qəddarlıq isə onların başlıca nişanəsi idi. Xan Əsəldə 220 nəfəri qətlə yetirdilər. O zamanlar bu kimi cinayətlər insan haqlarının pozulması sayılmırdı. Və bu anaların fəryadını eşidəcək kimsə yox idi. Sivilizasiyalar şəhərindən gələn bu görüntülər, adam öldürməyin terrorçular üçün bir əyləncəyə çevrildiyindən xəbər verirdi. Qətlə yetirilmiş 68 nəfərin cəsədi çaydan çıxarılmışdı. Terrorçular uşaqlara da daş ürəkli olmağı öyrətdilər. Oyuncaqlarını alıb, əllərinə silah verdilər. Bir-birilərinə atəş açmaları üçün. Bütün bunlar, Hələbin 4 il sürən qaranlıq tarixinin sadəcə kiçik bir hissəsidir. Bu günlər, Hələbi tərk edən canilər yenə də öz çirkin əməllərindən əl çəkmirlər. Xəstələr və yaralıları daşımaq üçün ayrılmış 20 avtobusu yandırıblar. Bu günlər terrorçuların halına yanan Təhlükəsizlik Şurası və Qərb mediasının gözləri önündə.