Kubada Fidel Kastronun heykəli qadağan edilib
Dek 28, 2016 12:29 Asia/Baku
Kuba parlamenti bir qanun qəbul edərək, Kuba inqilabının dünyasını dəyişmiş rəhbəri Fidel Kastro üçün hər hansı xatirə heykəlinin ucaldılmasına qadağa qoyub.
Bu qanuna əsasən ümumi məkanlara da Fidel Kastro adının verilməsi qadağan edilib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, bunu Kuba inqilabının rəhbəri ötən ay ölümündən öncə istəmişdir. O demişdir ki, onun xatirələri ətrafında şəxsiyyət inancının formalaşmasını istəmir.
Fidel Kastro cari milad ili noyabrın 25-də 90 yaşında vəfat etdi. Kastro Latın Amerikasında inqilab simvollarından biri hesab olunur. Onun Kubaya rəhbərliyi dövründə sənaye və ticarət milli elan olundu və ölkədə sosialist islahatlar aparıldı.