Rusiyanın qəzaya uğramış təyyarəsinin qalıqları və cəsədləri dənizdən çıxarılıb
https://azeri.sahartv.ir/news/dünya-i253681-rusiyanın_qəzaya_uğramış_təyyarəsinin_qalıqları_və_cəsədləri_dənizdən_çıxarılıb
Rusiyanın hərbi təyyarəsinin qalıqları və onun sərnişinlərinin cəsədlərinin dənizdən çıxarılması əməliyyatı başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2016 08:24 Asia/Baku
  • Rusiyanın qəzaya uğramış təyyarəsinin qalıqları və cəsədləri dənizdən çıxarılıb
    Rusiyanın qəzaya uğramış təyyarəsinin qalıqları və cəsədləri dənizdən çıxarılıb

Rusiyanın hərbi təyyarəsinin qalıqları və onun sərnişinlərinin cəsədlərinin dənizdən çıxarılması əməliyyatı başa çatıb.

Rusiya rəsmiləri bildiriblər: Axtarış-əməliyyat qrupları hərbi təyyarənin qalıqları və cəsədlərin dənizdən çıxarılması əməliyyatını yekunlaşdırıblar. Qəzaya uğrayan təyyarənin bütün 92 sərnişini həlak olmuşdu. Rusiyanın Müdafiə Nazirliyinə aid bu təyyarə bazar günü Soçi şəhərindən havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Bu təyyarə Rusiya Ordusunu xor qrupunun üzvlərini aparırmış. Belə ki, yeni ildə Suriyada Rusiyanın Hərbi Hava Bazasında konsert təşkil edəcəkdi. Hazırda əlaqədar qurumlar təyyarəni və qara qutuları araşdırmaqdadırlar. Belə ki, qəzanın səbəbi bəlli olsun. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov ötən gün bildirib: 19 cəsəd və cəsədlərin 230-dan çox üzvü sudan çıxarılıb. Həmçinin təyyarənin 13 böyük və təxminən 2000 kiçik hissəsi dənizin dibindən çıxarılıb.