Rusiya və Qazaxıstan prezidentləri Suriya sülh müzakirələri barədə məşvərət ediblər
-
Rusiya və Qazaxıstan prezidentləri Suriya sülh müzakirələri barədə məşvərət ediblər
Kreml bir bəyanat yayaraq, Rusiya və Qazaxıstan prezidentlərinin gələcək Suriya sülh müzakirələri barədə məşvərət etmələrindən xəbər verib.
Mehr xəbər agentliyinin məlumatına görə, Rusiya Prezident Aparatının mətbuat xidmətinin cümə günü yaydığı bəyanatda deyilir: Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Vladimir Putin Suriya sülh müzakirələrinə dair Astana müzakirələrilə bağlı məsələlər haqda məşvərət ediblər.
Rusiya prezidenti cümə axşamı günü belə qeyd etmişdi: Tehran, Moskva və Ankaranın inteqrasiyaları Suriyada atəşkəsin bərqərarı üzrə razılaşmaların amili olub və üç ölkə müştərək şəkildə onun icrasına zəmanəti üzərinə götürübdür.
Rusiya prezidenti deyib ki, Suriya müxaliflərinin nümayəndələri və bu ölkə dövləti həmin ölkədə atəşkəs barədə razılığa gəliblər və Moskva Suriyada atəşkəsə nəzarət sənədini imzalayacaqdır.
Suriyalı müxaliflər də Suriyada əhatəli atəşkəs razılaşmasını imzalayıblar.
Suriya ordusu ilə suriyalı müxalif silahlı qrup arasında atəşkəs razılaşması dünən Türkiyə və Rusiyanın nəzarətilə imzalanıb və dekabrın 30-u gecə yarısından da icraya qoyulubdur.
Qeyd edək ki, həmin razılaşma İŞİD və Cibhətunnusrə kimi terror qruplarına şamil olmur.