Dek 31, 2016 12:18 Asia/Baku
  • Rusiyanın BMT-dən istəyi
    Rusiyanın BMT-dən istəyi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın Təhlükəsizlik Şurası tərəfindən Suriyada atəşkəs razılaşmasını təsdiq edən qətnamənin yayılmasını istəyib.

IRNA-nın məlumatına görə, Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Vitali Çurkin cümə günü rəsmən Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etdiyini bildirərək, deyib ki, Təhlükəsizlik Şurası bu mühüm prosesdə iştirak etməlidir.

Çurkin əlavə edib: Atəşkəs razılaşması Suriya dövləti ilə müxalif silahlı qüvvələri gələn ilin yanvar ayının sonlarında Qazaxıstan paytaxtında keçiriləcək birbaşa müzakirələrdə iştiraka borclu edəcək.

Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi müxbirlərə deyib: Suriyada atəşkəsi və suriyalı-suriyalı müzakirələrin başlanmasını himayə üzrə qətnamə layihəsi sabah rəsmi şəkildə Təhlükəsizlik Şurasının üzvlərinə təqdim olunacaq.

Vitali Çurkin əlavə edib: Moskva ümid edir ki, Təhlükəsizlik Şurasında Rusiyanın Suriya barədə təklif etdiyi qətnamə haqda  səsvermə keçiriləcək və bu sənəd böyük əksəriyyətlə qəbul olunacaq.

Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Rusiya Suriya məsələsində ciddi müzakirələrə qatılmaq istəyən bütün tərəflərin iştirakını alqışlayır.

Suriyada atəşkəs Rusiya, İran və Türkiyənin həmkarlığı ilə cümə gününün ilk dəqiqələrindən bərqərar edilib.

Bu razılaşma Suriya silahlı müxaliflərinin və bu ölkə dövlətinin nümayəndələri tərəfindən imzalanıb.

Həmin razılaşma İŞİD və Cibhətunnusrə kimi terror qruplarına şamil olmur və bu qrupların yatırılması davam etdiriləcəkdir.

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin razılaşması ilə suriyalı-suriyalı müzakirələr Qazaxıstanın paytaxtı Astanada keçirilməli və Suriya silahlı müxaliflərinin və bu ölkə dövlətinin nümayəndələri onda iştirak etməlidirlər. 

Teqlər