İstanbul terror aktını törədənin axtarışı davam edir
-
İstanbul terror aktını törədənin axtarışı davam edir
İstanbulda terror aktını törədən terrorçunun həbs olunması üçün axtarış-əməliyyat tədbirləri davam edir.
France 24 televiziyasının məlumatına görə, Türkiyə rəsmiləri İstanbulda gecə klubuna hücum edən qatilin izini axtarmaqdadır. Bu terror aktında 39 nəfər həlak olub. Həlak olanlardan təxminən 15 nəfəri xarici ölkə vətəndaşıdır. Hadisənin ilk qurbanlarının dəfn mərasimi ötən gün keçirilib. Bu hadisə də 69 nəfər də yaralanıb.
Türkiyə baş naziri bildirib: Aktı törədən şəxsin aşkarlanması üçün geniş araşdırmalar davam edir.
Binəli Yıldırım xəstəxanada yaralılarla görüşdən sonra deyib: Bu iş terror qruplaşmasının işidir. Bu şəxs kluba daxil olub və çoxlu sayda insanı qətlə yetirib.
Ətrafda quraşdırılan kameraların qeydə aldığı kadrlarda bu şəxsin onun qarşısında olanlara necə atəş açdığını əks etdirir.
Türkiyə daxili işlər naziri də ümidvarlıq edib ki, bu terrorçu tezliklə yaxalanacaq.
Görünür yeni il gecəsində İstanbulun təhlükəsizliyinin təmin olunması üçün 17 min polis məmurunun işə cəlb olunması yararlı olmayıb. Türkiyə terror aktlarının həmişəlik məqsədlərindən birinə çevrilmişdir.