Yan 02, 2017 17:20 Asia/Baku
  • Binəli Yıldırım
    Binəli Yıldırım

Ölkəsi Suriyada terror qruplaşmalarına heç bir dəstəyi əsirgəməyən Türkiyə baş naziri deyib: Dünyada heç bir ölkə terror təşkilatlarının təhlükəsi və terror aktından amanda qalmayacaq.

Əl-Hədəs televiziyasının məlumatına görə, Binəli Yıldırım keçirdiyi mətbuat konfransında İstanbulda gecə klubuna qarşı törədilən terror aktı barədə əlavə edib: Hamı bilməlidir ki, hazırda Türkiyədə baş verənlər başqa ölkələrdə də baş verəcək. Dünyada heç bir ölkə terror aktı və terror qruplaşmalarının təhlükəsindən amanda qalmayacaq.

Binəli Yıldırım əlavə edib: Türkiyə Suriyada qarşıdurmaların dayandırılması məqsədilə bir neçə lazımi addım atıb. Atılan addımlar BMT-də də qəbul edilmişdir. Bu, terrorizmlə mübarizədə xüsusi uğur hesab olunur.

Teqlər