Yan 03, 2017 10:46 Asia/Baku
  • Amerikalılar seçilmiş prezidentin qabiliyyətlərinə şübhə edirlər
    Amerikalılar seçilmiş prezidentin qabiliyyətlərinə şübhə edirlər

Əksər amerikalılar seçilmiş prezidentin prezident tapşırıqlarının yerinə yetirilməsi sahəsindəki qabiyyətlərinə şübhə ilə yanaşırlar.

ISNA-nın məlumatına görə, amerikan "Qalup" müəssisəsinin keçirdiyi yeni rəy sorğusunun nəticələri göstərir ki, amerikalıların yarıdan çoxu bu qənaətdədir ki, bu ölkənin seçilmiş prezidenti Donald Tramp beynəlxalq böhranları idarə edə bilməz.

Bu rəy sorğusunun nəticələrində qeyd olunur ki, Amerika xalqının 53 faizi Trampın hərbi qüvvələrdən aqilanə surətdə istifadə edə bilməyəcəyi qənaətindədir.

Bu rəy sorğusu Qalup müəssisəinin Trampın öncəki Amerika prezidentləri ilə müqayisədə daha az reytinqə malik olması qənaətinə gəlmiş qabaqkı rəy sorğularına uyğun gəlir.

Ötən milad ili dekabrın 7-dən 11-dək telefon vasitəsilə 18 yaşından yuxarı olan 1028 Amerika vətəndaşı arasında aparılmış bu rəy sorğusunun nəticələri 2017-ci il yanvarın ikisində Qalup müəssisəinin saytında yayılıb.

Teqlər