Çamski: Tramp nüvə anlaşmasını ləğv etməklə Amerikanı təcridə doğru sürükləyəcək
-
Çamski: Tramp nüvə anlaşmasını ləğv etməklə Amerikanı təcridə doğru sürükləyəcək
Tanınmış amerikalı dilşünas və nəzəriyyəçi vurğulayıb: Əgər Donald Tramp nüvə anlaşmasının ləğvi barədəki vədini reallaşdırarsa, Amerikanın dünyada təcrid olunmasına doğru addım atmış olacaq.
Tanınmış amerikalı dilşünas, nəzəriyyəçi və analitik Nuam Çamski Donald Tramplın ABŞ-ın gələcək prezidenti kimi seçilməsi haqda deyib: Trampın seçilməsilə dünya hazırda bəşəriyyətin həyatı üzrə təhdidlərlə üzləşir.
Çamski Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın təcrid olunması barədə də deyib: Vaşinqtonun təcridinə doğru addımlardan biri düz o zaman atılacaqdır ki, Tramp İran ilə 5+1 qrupu arasındakı anlaşmaya son qoymaq üzrə vədinə əməl etmiş olsun.
Tanınmış amerikalı nəzəriyyəçi deyib: 5+1 qrupuna daxil olan digər üzv ölkələr bu anlaşmaya əməl etməkdə davam edirlər və bu, o deməkdir ki, onlar Vaşinqtonun sanksiyalarına məhəl qoymurlar və bu məsələ Amerikanın dünyada təcrid olunmasını Avropadan da geniş miqyasda yayacaq.