Türkiyədə fövqəladə vəziyyətin müddəti yenidən artırıldı
-
Türkiyədə fövqəladə vəziyyətin müddəti yenidən artırıldı
Türkiyə parlamentinin deputatları ötən gecə bu ölkə hökumətinin Türkiyədə fövqəladə vəziyyətin müddətinin yenidən artırılması ilə bağlı müraciəti ilə razılaşıblar.
İRİB-in məlumatına görə, Türkiyədə fövqəladə vəziyyətin müddətinin artırılması layihəsi bazar ertəsi günü bu ölkə Baş Nazirliyi Ofisi tərəfindən Türkiyə parlamentinə təqdim olunmuşdu.
Türkiyə təhlükəsizlik qüvvələrinə xüsusi səlahiyyətlər verən və ittihamı elan olunmadan vətəndaşların həbsinə şərait yaradan fövqəladə vəziyyətin müddətinin uzadılması ilə yanaşı qeyd edək ki, yeni il gecəsi silahlı şəxslər İstanbulda gecə klubuna basqın edərək klubdakıları güllə-baran ediblər.
İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu terror aktında azı 39 nəfər, o cümlədən bir polis zabiti həlak olub, 65 nəfər də yaralanıb.
Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən sonra, bu ölkədə fövqəladə vəziyyət tətbiq olunub və azı 37 min nəfər çevrilişdə əli olması ittihamı ilə həbs olunub.
Fövqəladə vəziyyətin müddəti üç həftə sonra bitəcək üç aylıq bir dövr üçün uzadılmışdı.
Həmçinin Türkiyə parlamenti çərşənbə axşamı günü Türkiyə hərbçilərinin NATO qüvvələri çərçivəsində Əfqanıstandakı iştirakının müddətinin 2 il uzadılmasına dair bu ölkə hökumətinin icazəsini təsdiqləyib.
Türkiyə qüvvələri 2001-ci ildən NATO qüvvələri çərçivəsində Əfqanıstanda yerləşdiriliblər.