Avropa Birliyinin problemləri haqda xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i254545-avropa_birliyinin_problemləri_haqda_xəbərdarlıq
Avropa Parlamentinin sədri xəbərdarlıq edib ki, Avropa Birliyi İngiltərənin bu ittifaqdan çıxmasına və sağçıların hərəkətlərinə görə, bir çox problemlə üzləşibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 14:07 Asia/Baku
  • Avropa Birliyinin problemləri haqda xəbərdarlıq
    Avropa Birliyinin problemləri haqda xəbərdarlıq

Avropa Parlamentinin sədri xəbərdarlıq edib ki, Avropa Birliyi İngiltərənin bu ittifaqdan çıxmasına və sağçıların hərəkətlərinə görə, bir çox problemlə üzləşibdir.

IRIB-nin məlumatına görə, Avropa Parlamentinin sədri Martin Şults Londonda çıxan Qardian qəzetilə müsahibədə deyib: Avropalı rəhbərlərin Avropa Birliyinin münasibətilə bağlı öz vətəndaşlarını qane etməkdə uğursuz qalmaları problemlərin yaranmasına səbəb olubdur.

Avropa Parlamentinin sədri əlavə edib: Milli dövlətlər popolist sağçılarla qarşılaşmada siyasi cəsarətə malik deyillər.

Avropa Parlamenti sədrinin dediyinə görə, Avropa Birliyinin siyasi quruluşu öz şəraitinin yaxşılaşması üçün dəyişikliklərə ehtiyaclıdır.

Avropa Parlamentinin sədri həmçinin deyib: Brüsseldəki siyasətçilər Avropanın qərbi və şərqindəki ölkələr arasında mövcud olan mədəniyyət ixtilaflarına məhəl qoymayıblar