Kerri: Nüvə anlaşmasından geri çəkilmək son dərəcə təhlükəlidir
https://azeri.sahartv.ir/news/dünya-i254578-kerri_nüvə_anlaşmasından_geri_çəkilmək_son_dərəcə_təhlükəlidir
ABŞ dövlət katibi Con Kerri bildirib ki, İran ilə nüvə anlaşmasından geri addım atmaq son dərəcə təhlükəli hərəkətdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2017 06:59 Asia/Baku
  • Con Kerri
    Con Kerri

ABŞ dövlət katibi Con Kerri bildirib ki, İran ilə nüvə anlaşmasından geri addım atmaq son dərəcə təhlükəli hərəkətdir.

ABŞ dövlət katibi Con Kerri bir mətbuat konfransında deyib: İran ilə nüvə anlaşması əslində diplomatiyanın qüdrət təcəssümü sayılır. 

Con Kerri həmçinin deyib: Anlaşma, indiyə kimi barəsində müzakirə aparılan ən ağır təftiş və nəzarət rejimini formalaşdırdı. Sadə formada deməliyəm ki, biz təklikdə bu tədbirlərin heç birini həyata keçirməyə qadir deyildik. Bu məsələ bizim diplomatik və kollektiv yolda addımlamağımıza səbəb oldu. 

C.Kerri əlavə edib: Nəticə budur ki, hazırda dünya bizim kənarımızdadır. Dünya bu anlaşmanı dəstəkləyir. 

ABŞ dövlət katibi daha sonra deyib: Tam şəffaf olmaq üçün deməliyəm ki, indi bizim bu anlaşmadan geri addım atmağımız, bizi çox çətin və pis seçimlər qarşısında qoymuş olacaq.