Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı faktlar varmı?
-
Con Məkkin
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəisi senator Con Məkkin Rusiya dövlətinin elektron məktubların ələ keçirilməsi və Donald Trampın iqtidara gəlməsi üçün ABŞ prezident seçkilərinin gedişinə müdaxilənin edilməsindəki rolu barədə bir çox faktların olduğunu deyib.
CNN telekanalının məlumatına görə, senator Con Məkkin Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında deyib: Hazırda bu barədə bir çox məlumatlar var. Oktyabr ayında bizim informasiya qaynaqlarımız yekdilliklə bu nəticəyə gəliblər ki, Rusiya dövləti Amerikan müəssisələr və şəxslərin o cümlədən ABŞ-ın siyasi qrumlarının elektron məktublarının təhlükə ilə üzləşdirilməsi barədə göstəriş verib. Bizim kəşfiyyat qrumlarımız həmçinin bu nəticəyə gəliblər ki, ələ keçirilmiş elektron məktublarda yer alan materialların yayımlanması Rusiyanın məqsədlərinə və üslubuna uyğun gəlir. Və elektron məktubların ələ keçirilməsi və onların ifşa edilməsi Amerikada seçkilərin gedişinə təsir göstərmək məqsədi ilə həyata keçirilib. ABŞ-ın kəşfiyyat orqanlarının Rusiyanın fəaliyyətləri ilə bağlı çoxlu sayda hesabat yaymasını , o cümlədən Rusiyanın hərbi kəşfiyyat orqanları tərəfindən istifadə edilən infrastrukturlar və təchizatlar barədə müştərək analitik hesabatını nəzərə alaraq, hər bir amerikalı Rusiyanın Amerikaya qarşı hücumlarından agah olmalıdır.