Yan 08, 2017 10:03 Asia/Baku
  • Park Geun Hyenin kənarlaşdırılması üçün Seulda yüz min nəfərlik aksiya
    Park Geun Hyenin kənarlaşdırılması üçün Seulda yüz min nəfərlik aksiya

Cənubi Koreya vətəndaşları bu ölkənin səlahiyyətləri dondurulmuş prezidenti Park Geun Hyenin kənarlaşdırılması üçün bir daha Seulda aksiya keçirib və onun iqtidardan getməsini istəyiblər.

İRİB-in məlumatına görə, Cənubi Koreyanın yüz minlərlə vətəndaşı şənbə gecə etiraz şüarları səsləndirərək bildiriblər: Park Geun Hye ölkəni idarə etmək səlahiyyətinə malik deyil. 

Korrupsiya, iqtidardan sui-istifadə və vətəndaşların etimadına xəyanət ittihamı ilə Cənubi Koreya prezidentinin parlament tərəfindən 9 dekabrda impiçment edilməsinə baxmayaraq, o hələlik tam şəkildə kənarlaşdırılmayıb və Konstitusiya Məhkəməsi bu barədə qərar verəcək. 

Cənubi Koreyanın Konstitusiya Məhkəməsinin Park Geun Hyenin iqtidarda qalıb-qalmamasına dair son qərarını verməsi üçün 180 gün vaxtı vardır. 

Həmin zamana qədər Vanq Kyu An prezidentin səlahiyyətlərini icra edəcək. 

Prezidentin təşəbbüsünü dəstəkləyən qeyri-özəl müəssisələrdə iştirak üçün Cənubi Koreyanın böyük şirkətlərinə təzyiq tətbiq etmək istiqamətində Park Geun Hyenin dostu Coy Son Sillə əlbir olmaq və bu qadının Prezident Aparatına heç bir vəzifəsi olmadan gedib-gəlməsi Cənubi Koreya prezidentinə qarşı irəli sürülən ittihamlardandır. 

Teqlər