Beynəlxalq sionizmin məqsədi Yaxın Şərq ölkələrini məhv etməkdir
-
Beynəlxalq sionizmin məqsədi Yaxın Şərq ölkələrini məhv etməkdir
İngiltərə universitetinin müəllimi beynəlxalq sionizmin məqsədini Yaxın Şərq ölkələrini məhv etmək adlandırıb.
PressTV-nin verdiyi məlumata görə, professor Radni Şekspir bu telekanala verdiyi müsahibədə İran rəhbərinin region ölkələrini parçalamaq üzrə İngiltərənin planı haqdakı xəbərdarlığına işarə edərək deyib: London və Vaşinqtonda siyasi quruluşlar sionizmə bulaşıb. Sionizmin əsas məqsədi İsrailin genişlənməsi yolunda müqavimət göstərən bütün Yaxın Şərq ölkələrini parçalamaq, əzmək və məhv etməkdir. Elə buna görə də biz görürük ki, sionistlər ABŞ-ın beynəlxalq hegemoniyası çərçivəsində güclü anti-sionist cərəyanlara malik olan Suriya, İraq, Yəmən və Liviya kimi ölkələri böhrana sürükləyib. Bu yolla onları parçalamaq və zəiflətmək istəyir ki, bundan sonra sionistlər qarşısında müqavimət göstərə bilməsinlər. İran rəhbəri çox düzgün biliblər ki, London dünyanın maliyyə mübadilələrinin mərkəzidir və dünyanın maliyyə sisteminin məqsədi bütün ölkələrin xüsusi ilə də müstəqil olmaq istəyən ölkələrin maliyyə sistemini məhv etməkdir. Ali-Səud kimi zorakı rejimlər isə İŞİD və digər terrorçu qruplara dəstək verməklə öz məqsədlərinə çatmasında İngiltərəyə xidmət edirlər. Elə Ərəbistanın özündə Ali-Səud İsrail əleyhinə olan xalq hərəkatlarını əzməklə məşğuldur.