Barak Obama İran və 5 ölkə haqda milli fövqəladə vəziyyətin müddətini uzadıb
Yan 14, 2017 12:16 Asia/Baku
-
Barak Obama İran və 5 ölkə haqda milli fövqəladə vəziyyətin müddətini uzadıb
ABŞ prezidenti Ağ Evdəki son günlərində bu ölkə Konqresinə ünvanladığı məktubada İran, Kub, Liviya, Zimbabve, Venesuela və Ukrayna haqda milli fövqəladə vəziyyətin müddətini uzadıb.
İRNA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama İran, Kuba, Liviya, Zimbabve, Venesuela, Ukrayna və Yaxın Şərq sülh prosesini hədələyən terrorçular haqda milli fövqəladə vəziyyətin müddətinin uzadılmasına dair bu məktubu Senat və Nümayəndələr Palatasının rəhbərlərinə təqdim edib.
Obama bu məktubda iddia edib ki, Yaxın Şərq sülh prosesini hədələyən və ötən ildə Amerikanın milli fövqəladə vəziyyətinin elan olunması ilə nəticələnən böhranlar hələlik aradan qaldırılmayıb.