Yan 16, 2017 11:41 Asia/Baku
  • Nikolay Patruşev
    Nikolay Patruşev

Rusiyanın təhlükəsizlik rəsmisi dünyanın böyük şirkət və ölkələrinin terror qruplarını dəstəklədiyini bildirib.

Suriyanın əl-Əxbariyyə televiziyasının məlumatına görə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev deyib: Rusiyanın təhlükəsizlik qurumları davamlı olaraq informasiyalar əldə edirlər. Bu informasiyalar bəzi ölkələr və dünyanın böyük şirkətlərinin terror təşkilatlarını dəstəklədiyini göstərir. 

Patruşev deyib: Bizim sözümüz neft və xam maddələrin terrorçulardan satın alınması və fəaliyyətlərini davam etdirmək üçün onlara vəsaitin ödənməsindədir. 

Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib: İstisnasız olaraq, belə fəaliyyətlərə mane olmaq terrorizmlə mübarizədən dəm vuran bütün ölkələrin vəzifəsidir. 

Teqlər