Myanmada yüzlərlə müsəlmanın taleyi haqda məlumat yoxdur
Beynəlxalq Amnistiya Təşkilatı bir hesabatda bildirib: Myanmada yüzlərlə Ruhingiya müsəlman haqda məlumat yoxdur.
Bu bölgənin şimalında təhlükəsizlik əməliyyatının başlanması ilə yüzlərlə müsəlman ittihamlar və həbs olunduğu məkanlar haqda məlumat olmadan həbs olunublar.
Bu təşkilat bildirib: Məhbuslarla sərt rəftar olunur, məhbuslar işgəncə edilir və ədalətsiz mühakimələrlə üzləşirlər.
Myanmanın qərbində Arakan əyalətinin şimal hissəsi üç ay öncədən təhlükəsizlik əməliyyatının şahididir.
Myanma hökuməti iddia edir ki, bu əməliyyat polisə hücum edən silahlı şəxslərin həbs olunması məqsədilə başlanıb.
Lakin hüquq təşkilatlarının hesabatlarına görə, bu bölgədə azlıq təşkil edən müsəlmanlarla sərt davranılır. Ötən oktyabr ayından indiyə qədər bu bölgə müsəlmanlarından təxminən 50 min nəfər Banqladeşə sığınıb.
Myanma hökuməti əvvəldə müsəlmanlarla istənilən sərt davranışı rədd etdi və bəyanatlar verərək bu sahədə sədaqətli olduğunu göstərməyə çalışdı. Lakin Myanma polisinin müsəlman kəndliləri döyməsi ilə əlaqədar kadrların yayılması ilə şok vəziyyətinə düşdü.