Yan 18, 2017 21:30 Asia/Baku
  • Davos İqtisadi Forumu; problemlər ciddidir

Dünyanın hər bir yerindən təxminən 3 min məsul şəxs və iqtisadi ekspert İsveçrədə Davos İqtisadi Forumunda populizmin inkişafı dövründəki problemləri araşdırır. İqtisadi populizm əslində, bir növ populist siyasətdir ki, bəzi ölkələrin rəsmiləri ümumi iqtisadi həyəcanlardan vətəndaşların diqqətini cəlb etmək üçün istifadə edirlər.

Bəzi analitiklər Amerikada Donald Trampın seçilməsi və İngiltərə vətəndaşlarının bu ölkənin Avropa Birliyindən çıxmasına səs verməsini populist cərəyanlar hesab edirlər.

İsveçrənin qarla dolu Davos dağında Məsuliyyətli və Cavabdehli Rəhbərlik adı altında 47-ci Qlobal İqtisadi Forumu dünyanın yüzdən çox ölkəsindən siyasi, iqtisadi və elmi şəxsiyyətlərin iştirakı ilə işə başlayıb. İsveçrə prezidenti xanım Doris Löythard bu forumda deyib: Biz hamımız bir planetdə yaşayırıq. Amma insanların yaşayış keyfiyyəti bir-biri ilə tamamilə fərqlidir. Yoxsulluq, iqlim dəyişikliyi, təhsil və stabillik kimi problemlər hələ də həll olunmamışdır.

Qlobal İqtisad Forumu bir hesabatda bildirib ki, populizmin genişlənməsi və inkişaf etməsi, ictimai bərabərsizliyin artması və ekoloji təhdidlərin güclənməsi 2017-ci ilin önəmli təhlükələridir. Və dünya rəhbərlərinin müştərək addımı bu təhlükələrin acınacaqlı prosesinin və ondan qaynaqlanan de-stabilliklərin dayanmasına səbəb ola bilər.

Çin prezidenti Si Szinpin də dolayısı ilə Donald Trampın təhdidlərinə toxunaraq deyir: Dünyanın məşhur iqtisadiyyatları arasında ticarət müharibəsi baş verərsə, heç kim ondan qalib çıxmayacaq.

Bu qlobal forumda həmçinin bildirilib ki, nasionalizm və yaxud həmin millətçilik dünyanın bir çox ölkəsində artmaqdadır.

 

Teqlər