Yan 20, 2017 19:42 Asia/Baku
  • Rusiya dünya ictimaiyyətinin Diyrəlzur vəziyyəti qarşısında susmasını tənqid edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü dünya ictimaiyyətinin İŞİD-in Suriyanın Diyrəlzur şəhərindəki hücumları qarşısında susmasını tənqid edib.

IRIB-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün deyib: Dünya ictimaiyyətinin hər gün İŞİD-in hücumlarına məruz qalan Diyrəlzur əhalsinin əzab-əziyyətləri qarşısında susması təəccüb doğurur.

Zaxarova söyləyib: Bir çox beynəlxalq təşkilat Diyrəlzurun durumuna məhəl qoymur, sanki belə bir şəhər əsla mövcud deyil.

Suriyanın şərqində yerləşən Diyrəlzur şəhəri bu ölkənin İraqla sərhədində və Fərat çayının sahilndə yerləşir. Bu şəhər 2014-cü ildən bəri İŞİD-in mühasirəsindədir və bu şəhərin sakinlərinə yardım yalnız hava yolu ilə mümkündür.

Teqlər