Yan 23, 2017 13:07 Asia/Baku
  • Cənubi Koreyanın baş naziri
    Cənubi Koreyanın baş naziri

Cənubi Koreyanın baş naziri və prezidentin vəzifəsini yerinə yetirən Huanq Kio Ahen Koreya yarımadasında TAD raket sisteminin yerləşdirilməsini himayə edərək deyib: Ölkəni müdafiə zərurət daşıyır və bunu başqa heç bir şeylə müqayisə etmək olmaz.

Yunhapın verdiyi məlumata görə, Huanq Kio Ahen bu gün bir mətbuat konfransında etdiyi çıxışında Amerikanın TAD adlanan raket sisteminin Koreya yarımadasında yerləşdirilməsinə dəstək verdiyini bildirib. 

Çin bu sistemin Koreya yarımadasında yerləşdirilməsinin əleyhinədir. Amma Cənubi Koreya belə qənaətdədir ki, bu təşəbbüs Şimali Koreyanın raket və silah proqramını cilovlamaq üçün lazımdır. 

Huanqın bu açıqlaması Çinin Cənubi Koreyaya qarşı bəzi hərəkətlərinə reaksiya xarakteri daşıyır, Çin bəzi Koreya məhsullarının bu ölkəyə idxalına qadağa qoyub, Cənubi Koreyanın istehsalı olan bəzi telefilmlərin Çin televiziyasından yayımını da qadağan edib. 

Teqlər