Yan 23, 2017 13:11 Asia/Baku
  • Mosulun şərqində iki məhəllə azad edilib
    Mosulun şərqində iki məhəllə azad edilib

İraq ordusu Mosulun şərq hissəsinin mərkəzi bölməsində iki məhəlləni İŞİD-in işğalından azad edilblər.

" Neynəva! biz gəlirik" əməliyyatının komandanı Əbdül-Əmir Yarəllah bir bəyanatda bildirib: İraq ordusunun 15-ci qoşununun 71-ci diviziyası və Neynəvanın azad edilməsi əməliyyatı qüvvələri əl-Məlayin və Əlbinaüccair məhəllələrini azad edərək İraqın bayrağını binaların üzərinə sancıblar. 

Bu iki məhəllə Mosulun şərq hissəsinin mərkəzində İŞİD-in nəzarətində olan son məhəllələr hesab olunur. 

İraq ordusu Ərrəşidiyyə məhəlləsi istisna olmaqla Diclə çayının bütün şərq ərazilərinə nəzarəti təmin edib. 

İraqın baş naziri Heydər əl-İbadi 2017-ci ilin əvvəllərində İŞİD terrorçularının 3 ayadək məhv ediləcəyini bildirmişdi. İraq ordusu 3 aydır Mosulun şərqində İŞİD terrorçuları ilə döyüşürlər. 

Teqlər