Anti-Tramp aksiyalarına 3 milyon amerikalı qadın qatılıb
-
Anti-Tramp aksiyalarına 3 milyon amerikalı qadın qatılıb
Amerika qadınlarının Trampa qarşı geniş etiraz aksiyaları ilə həmrəylik nümayiş etdirmək üçün bütün dünyada etiraz aksiyaları keçirilib.
Donald Trampın rəsmən prezidentlik fəaliyyətini başlatmasının ikinci günündə amerikalı qadınların etiraz aksiyası, geniş surətdə qarşılanıb və aksiyaya Amerikanın hər bir yerindən 3 milyon qadın qatılıb.
Avropa, Asiya və Afrika qitələrində 637 müxtəlif aksiyada etirazçılar Amerikada keçirilən anti-Tramp yürüşlərinə dəstək verdiklərini bildiriblər.
Vaşinqton şəhərində şənbə günü "National Mall" ərazisində və ətraf küçələrində yarım milyon insan tarixi yürüşə qatılıb.
Trampın irqçi və qadınlara, meksikalılara və müsəlmanlara qarşı təhqiramiz bəyanatları, bir çox amerikalını qəzəbləndirib.
Amerika xalqı Trampın andiçmə mərasimindən bir həftə öncədən başlayaraq ölkənin müxtəlif yerlərində etiraz aksiyaları keçirir. Bu aksiyalar andiçmə mərasimi günündə polis ilə etirazçılar arasında toqquşmalarla müşayiət olundu.
Trampın müxalifləri avtomobilləri yandırdılar və polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi.