ABŞ prezidentinə qarşı aksiyalar hələ yolun əvvəlindədir
-
Berni SenderS
Demokrat partiyasından Amerika prezident seçkilərinə sabiq namizəd CNN ilə müsahibədə deyib: Amerika xalqının bu ölkə prezidentinə qarşı aksiyaları hələ yolun əvvəlindədir və xalq cənab Trampa demək istəyir ki, bir çox hallarda onun mövqeləri Amerika xalqının əksəriyyətinin istək və tələblərilə təzaddadır.
CNN telekanalının məlumatına görə, Berni Sender deyir: Baxın... biz prezidentdən istəyirik ki, öz qərarlarını xarici investisiyalar əsasında və ya borclu olduğu kəslərə görə deyil, Amerika xalqının ehtiyacları əsasında çıxarsın. Məncə, bu məsələ tamamilə araşdırılmalı bir məsələdir və mənim bu barədə ciddi nigarançılıqlarım var. Etiraz və aksiyalar sırf olaraq, bir prosesin başlanğıcıdır və bu zaman Amerika xalqı cənab Trampı agah etmək istəyr ki, misal üçün, 20 milyon nəfərin müalicə sığortası xidmətləri sistemindən bu sistem üçün bir əvəzedicinin olmadığı bir halda, çıxarılması Amerika xalqının istədiyi bir şey deyildir. Həmçinin ailə tənzimi üzrə proqramın büdcəsinin kəsilməsi və iki milyon yarım qadının hazırda malik olduğu səhiyyə və müalicə xidmətləri keyfiyyətindən məhrum edilməsi Amerika xalqının istədiyi bir şey deyildir. Bir çox məsələlərdə cənab Trampın mövqeləri Amerika xalqının əksəriyyətinin istək və tələblərilə təzaddadır. Cənab Trampa qarşı etirazlar və aksiyaların mesajı bu olubdur ki, Amerika xalqının istəklərinə qulaq assın və onun ehtiyaclarına cavab versin.