Yan 27, 2017 10:50 Asia/Baku
  • Filadelfiyada prezident müxaliflərinin aksiyası
    Filadelfiyada prezident müxaliflərinin aksiyası

ABŞ prezidentinin müxalifləri Filadelfiyada aksiya keçiriblər.

Amerikada etirazlar davam etməkdədir. Ötən gün də Pensilvaniya ştatının Filadelfiya şəhəri ABŞ prezidenti Donald Tramp müxaliflərinin irimiqyaslı etiraz aksiyasının şahidi olub. Respublikaçıların böyük konqresində iştirak etmək üçün bu şəhərə səfər edən Tramp etirazçıların şüarları ilə üzləşib. Bu aksiya iştirakçıları Tramp əleyhinə şüarlar səsləndirib və deyiblrə ki, sığorta və müalicə qanunu qorunmalıdır. Onlar Obamanın sığorta və müalicə qanunun ləğvi ilə bağlı Tramp hökumətinin qərarlarından nigarandır. Bu aksiyada çoxlu sayda amerikalı əlil də iştirak edib. Amerikalı gənclər də bu aksiyada "Bizim gələcəyimiz nə olacaq?" deyə səsləniblər. Etirazçıların bəzi plakatlarında "Tramp faşist və qeyri-qanunidir" yazısı yazılıb. Amerika və meksika sərhədində divarın çəkilməsinə dair Trampın prorqramları əleyhinə də şüarlar səsləndirilib. Amerika vətəndaşları Trampı " irqçi" adlandırır və öz hüquqlarını vurğulayıblar. Etirazçıların plakatlarının birinin üzərində Trampı nasistlərə və çirkin milyarderə bənzədən yazı yazılıb. 

Teqlər