Yan 27, 2017 12:13 Asia/Baku
  • Tereza Mey
    Tereza Mey

Britaniya baş naziri Tereza Mey bütün tərəflərin Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmalarınını vacibliyini vurğulayıb.

Tereza Mey cümə günü Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində respublikaçılar qarşısında etdiyi çıxışında nüvə anlaşmasına sadiq qalmağın vacibliyini vurğulayıb və eyni zamanda iddia edib ki, bu qalmaqallı anlaşma İran təhdidini uğurlu şəkildə zərərsizləşdirə bilmişdir. 

Meyin iddiası ilə yanaşı qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatları İranın nüvə proqramının sülh məqsədli olduğunu əks etdirir. 

Mey həmçinin bildirib: Amerika və Britaniya artıq öz baxışına əsasən dünyanın dəyişilməsi məqsədilə müstəqil ölkələrin daxili məsələlərində müdaxilə etməməlidirlər. 

Britaniya baş naziri sözlərinin davamında Tramp hökumətindən Moskva ilə anlaşmasının olmasını, amma Rusiya prezidenti Vladimir Putindən ehtiyatlı olmasını istəyib. 

Tereza Mey deyib: Prezident Putin haqda mənim təklifim ayıq-sayıq şəkildə anlaşmadır. 

Teqlər