Donald Tramp və sonu görünməyən qalmaqalları
-
Tramp və sonu görünməyən qalmaqalları
Donald Trampın Ağ Evə daxil olduğu ilk həftə ərzində qəbul etdiyi qərarlar bəzi ölkələri nigaran etməyə başlayıb.
ABŞ-ın yeni prezidentinin Ağ Evə daxil olduğu ilk həftə ərzində qəbul etdiyi qərarlar bəzi ölkələri nigaran etməyə başlayıb. Bu qərarlar İran da daxil olmaqla bəzi müsəlman ölkələri vətəndaşlarının Amerikaya girişinin qadağan edilməsi, Meksika ilə sərhədlərin beton divarlar ilə bağlanması, ABŞ ordusunun gücləndirilməsi və digər qərarları əhatə edir.
İRİB-nin müxbiri:
Donald Tramp prezidentliyinin ilk günlərindən qalmaqalları ilə gündəmə gəlməyi bacardı. Ağ Evə daxil olmasından hələ 10 gün keçməmiş xarci ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edən ikinci qərarı da imzaladı. Belə ki, İran da daxil olmaqla 7 müsəlman ölkəsi vətəndaşının Amerikaya girişinə 30, bəzi məlumatlara görə isə 90 günlük qadağanın tətbiq edilməsinin ardına, bu dəfə suriyalılar başda olmaqla miqrantların ölkəyə girişi 120 günə qədər qadağan edildi. Trampın dediyinə görə miqrantların qəbul edilməsində xristiyanlara üstünlük veriləcək.
Donald Tramp – ABŞ prezidenti:
“Mən mühacirlərlə bağlı qanunlara dəyişiklik etdim. Biz ifratçı müsəlman terrorçuların ABŞ sərhədlərindən kənarda qalmasını istəyirik. Biz heç vaxt 11 sentyabr hadisəsini unutmayacağıq.”
İRİB-nin müxbiri:
Maraqlıdır, Tramp 11 sentyabrdan söz açsa da, onu törədən Ərəbistanın adı vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələr arasında yer almayıb. Onun bu qərarları müxtəlif şəhərlərdə etirazların artmasına səbəb olub.
ABŞ prezidenti həmçinin, bu ölkə silahlı qüvvələrində quruculuq işləri barədə qərar qəbul edib. Bu qərar İngiltərə baş nazirinin Vaşinqtona səfəri ilə bir vaxta təsadüf edir. Tramp bundan öncə NATO-nun artıq köhnəldiyini və yararsız olduğunu demişdi. Amma, Tereza Mey ilə görüşdən sonra baxışlarında bir qədər dəyişiklik hiss olunur.
Tereza Mey – İngiltərənin baş naziri:
“Biz müdafiə və təhlükəsizlik üzrə birgə əməkdaşlıq və kollektiv müdafiə vasitəsi olaraq NATO-nun rolu barədə danışıqlar apardıq. Cənab prezident, güman edirəm siz bu gün NATO-nu 100% himayə etdiyinizi dediniz.”
İRİB-nin müxbiri:
Tramp isə seçkilərdəki vədlərinə sadiq olduğunu göstərmək üçün FOX Nyus kanalına verdiyi müsahibədə Asiyanın qərbindəki təhlükəsizlik böhranlarını ABŞ-ın daxili problemlərinin əsas amillərindən adlandırıb.
Donald Tramp – ABŞ prezidenti:
“Ölkəmiz çətin vəziyyətlə üz-üzədir. Yazın Şərqdə 6 trilyon dollar vəsait xərcləmişik. İnfrastrukturlarımızı bərpa etmək yerinə, necə oldu ki, belə bir ağılsız işə yol verilib? Yollar, körpülər, məktəblər...ümumiyyətlə ölkəmiz çox pis bir vəziyyətdədir. Bizim problemlərimiz çoxdur. Miçiqan, Ohayo, Şimali Karolina və Pensilvaniyada quruculuq işlərinə ehtiyac var.”
İRİB-nin müxbiri:
ABŞ prezidenti İran ilə nüvə anlaşmasına da işarə edərək, bu anlaşmanı indiyə kimi gördüyü ən pis anlaşma adlandırdı.
Donald Tramp – ABŞ prezidenti:
“Bu mənim gördüyüm ən pis anlaşmadır. Və amerikalı müzakirəçilərin nə üçün müzakirələrdən çəkilmədiklərini dərk etmək çətindir.”
İRİB-nin müxbiri:
Trampın Ağ Evə daxil olmasından cəmi 9 gün ötür. Amma, elə bu müddət ərzində belə qalmaqal yaratmaqla gündəmi qarışdırmağı bacarıb.