Trampın irqçi fərmanlarına reaksiyalar
-
Trampın irqçi fərmanlarına reaksiyalar
ABŞ prezidentinin müsəlmanlar və miqrantların Amerika ərazilərinə girişinə qadağa kimi irqçi qərarı dünya səviyyəsində etirazlara səbəb olub.
Beynəlxalq təşkilat və qurumlar, tanınmış simalar və adi insanlar ABŞ prezidenti Donald Trampın miqrantlar və müsəlmanların ABŞ-da girişinə qadağa qoymasını irqçi və qeyri-insani qərar hesab edirlər.
İnsan haqlarını müdafiə üzrə bəzi amerikan təşkilatlar o sıradan, " Miqrasiya üzrə milli hüquq mərkəzi" və " Amerikanın ictimai azadlıqlar birliyi" , ABŞ universitetlərinin müəllimlər və tədqiqatçıları , beynəlxalq miqrasiya təşkilatı və didərginlər üzrə ali komisarlıq Trampın son fərmanını qınayaraq, miqrantların dini, milli və irqi mənsubiyyətləri nəzərə alınmadan onlara qarşı eyni münasibətə çağırıblar.
ABŞ prezidentinin anti-miqrant fərmanına qarşı olanlar Nyu-York şəhərinin Can F.Kennedi hava limanında etiraz aksiyası keçirib.
Dünən gecə də minlərlə adam Çikaqonun Oher hava limanı qarşısına toplaşaraq Donald Trampın siyasətlərinə öz etirazlarını bildiriblər.
Çikaqo Tribun yerli qəzeti də yazıb: Trampın son fərmanından sonra Amerikanın müxtəlif şəhərlərində onlarla adam eləcə də Oher hava limanında 18 nəfər həbs edilib və onların arasında qrin kartı olan müsəlmanlar da var.
Los Angeles Times qəzeti də yazıb: Los-Ancles hava limanında 10-15 miqrantlar üzrə vəkil hazır olub ki, daha çox iranlı olan və tutulan sərnişinlərə yardım göstərsinlər.
Məhz Twitter-dən xalq ilə əlaqə üçün istifadə edən Donald Trampın bəzi ölkələrin vətəndaşlarına tətbiq etdiyi viza qadağası elə həmin sosial şəbəkənin rəhbərləri tərəfindən də bir twitt ilə qınanılıb.
ABŞ seçkilərinin məğlub namizədi Hillari Klinton isə Trampın son fərmanına qarşı çıxanları dəstəklədiyini və müsəlmanlar və miqrantlarla öz həmrəyliyini bildirib.
Fransa prezidenti Fransua Uland isə Avropanın Trampa möhkəm cavab verməli olduğunu deyib.
Almaniyanın XİN başçısı Ziqmar Qabriyel və Fransa xarici işlər naziri Jan Mark İero da Trampın qərarının insani dəyərlərə zidd olduğunu deyiblər.