Yan 30, 2017 16:44 Asia/Baku
  • Rodriqo Duterte
    Rodriqo Duterte

Filippin prezidenti Donald Trampa xəbərdarlıq edibdir ki, ABŞ ordusunun hərbi qüvvə və təchizatlarının bu ölkənin ərazisində daimi surətdə yerləşdiriləcəyi təqdirdə, iki ölkə arasındakı təhlükəsizlik sazişini cıracaqdır.

Filippin prezidenti Rodriqo Duterte Vaşinqtonu onda ittiham edibdir ki, Filippində daimi silah anbarları düzəltmək ardıncadır və ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edibdir ki, bu hərəkət Manila ilə Vaşinqton arasındakı təhlükəsizlik sazişini xətərə salır.

O, deyib ki, Amerika öz hərbi bazalarını Filippinin üç əyalətində yerləşdirib və bu silah anbarlarını daimi olaraq qoruyub saxlamaq niyyətindədir.

Filippin prezidenti əlavə edib: Amerikanın hərbi bazalarının daimi şəkildə Filippin ərazisində yerləşdirilməsi iki ölkə arasındakı təhlükəsizlik sazişinin maddələrinə ziddir. O, təhdidlə bildiribdir ki, onu yenidən nəzərdən keçirəcək və bəlkə sonda onu ləğv etsin, zira bu, bir icra göstərişidir.

Teqlər