Fev 01, 2017 12:52 Asia/Baku
  • Google işçilərinin aksiyası
    Google işçilərinin aksiyası

Google şirkətinin işçiləri Kaliforniyada Trampın icra fərmanına etiraz olaraq aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, Google şirkətinin işçiləri bu şirkətin Kaliforniya ştatının Maventen Vio şəhərindəki mərkəzi ofisi qarşısında aksiya keçiriblər ki, özlərinin Amerika prezidentinin bir neçə müsəlman ölkəsindən mühacirlərin bu ölkəyə səfərini qadağan edən icra fərmanına qarşı hiddətlərini ifadə etmiş olsunlar.

Google şirkətinin təsisçilərindən biri də bu aksiyanın iştirakçılarından olubdur.

Google şirkətinin işçilərindən 183 nəfər Donald Trampın icra fərmanının təsiri altına düşübdür.

Teqlər