Yəmənli etirazçılar Nyu-Yorkun mərkəzində camaat namazı qılıblar
https://azeri.sahartv.ir/news/dünya-i258699-yəmənli_etirazçılar_nyu_yorkun_mərkəzində_camaat_namazı_qılıblar
Amerikada yaşayan yəmənlilər icması Nyu-York şəhərində öz mağazalarını bağlayaraq, müsəlmanların Amerikaya girişinə qoyulan qadağaya öz etirazlarını bildiriblər və şəhərin Bruklin rayonunda camaat namazı qılıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 09:58 Asia/Baku
  • Yəmənli etirazçılar Nyu-Yorkun mərkəzində camaat namazı qılıblar
    Yəmənli etirazçılar Nyu-Yorkun mərkəzində camaat namazı qılıblar

Amerikada yaşayan yəmənlilər icması Nyu-York şəhərində öz mağazalarını bağlayaraq, müsəlmanların Amerikaya girişinə qoyulan qadağaya öz etirazlarını bildiriblər və şəhərin Bruklin rayonunda camaat namazı qılıblar.

Röytersin verdiyi məlumata görə, Nyu-York şəhərinin yəmənli mühacirləri dünən günortadan sonra öz mağaza və restoranlarını bağlayıblar və ABŞ prezidenti Donald Tramp hökumətinin anti-miqrant siyasətlərinə qarşı aksiya keçiriblər. 

Məlumata görə müsəlman qrupların sosial şəbəkələr vasitəsi ilə çağırış etmələrinin ardınca Nyu-York şəhərində mindən çox mağaza dünən yerli vaxtla saat 20-dən öz fəaliyyətlərini dayandırıblar. 

Etirazçılardan biri müxbirlərə deyib: Biz küçələrə axışacaq, hava limanında saxlanılan yaxud hər hansı ölkədə Amerikaya qayıda bilməyən bacı və qardaşlarımıza dəstək verəcəyik. Bu ədalətli deyil.

Amerikada yəmənli mühacirlərin çoxu Nyu-York şəhərində yaşayır. Bruklin rayonu isə yəmənlilərin sıx yaşadığı ərazi hesab olunur. Manhetten, Bronks və Kuines rayonlarında da yəmənli mühacirlər yaşayırlar.