Fev 04, 2017 15:23 Asia/Baku
  • Trampın fərmanına qarşı məhkəmə hökmü Ağ Evi hiddətləndirib

Amerikanın Siyatel federal hakiminin bu ölkə prezidentinin anti-mühacirət fərmanının dayandırılmasına dair hökmü Ağ Evi hiddətləndirib.

Ağ Ev Siyateldə federal hakim Ceyms Robertin Amerika prezidenti Donald Trampın fərmanının dayandırılmasına dair hökmündən qəzəblənərək, onu tənqid edib.

Ağ Evin mətbuat katibi Şan Spayser deyib: Amerika Ədliyyə Nazirliyi mümkün olan tez bir zamanda bu şokedici və təhqiramiz hökmün dayandırılmasını istəmək niyyətindədir.

Ağ Evin mətbuat katibi iddia edib ki, yeddi müsəlman ölkənin vətəndaşlarının Amerika ərazisinə daxil olmalarının qadağan olunması fərmanı ölkənin qorunması üçün olub və ABŞ prezidenti qanuni ixtiyarlara malik olaraq, bu ölkə xalqının qorunması qarşısında məsuliyyət daşıyır.

ABŞ Dövlət Departamenti də bildiribdir ki, Siyatel federal hakiminin Trampın yeddi müsəlman ölkənin vətəndaşlarının Amerika ərazisinə daxil olmalarının qadağan olunması fərmanına qarşı hökmünü araşdırmaqdadır.

ABŞ Dövlət Departamentinin sözçüsü də dünən deyib ki, bu departement daxili təhlükəsizlik nazirliyinin həmkarlığı ilə həmin hökmün qeyd olunan fərmana təsirini araşdırmaqdadır və hər cür informasiyaya çatacağı zaman hər cür dəyişiklik barədə məlumat verəcək.

Donald Trampın mühacirətin qadağanı barədəki fərmanının Siyatel federal hakimi Ceyms Robert tərəfindən müvəqqəti olaraq dayandırılması hökmü Vaşinqton ştatında çıxarılıbdır.

Teqlər