Tanınmış amerikalı jurnalist müsəlmanlardan üzr istədi
Tanınmış amerikalı jurnalist və yazar bütün müsəlmanlardan üzr istəyib və deyib: Amerikalılar radikallıq qarşısında dayanmalıdırlar.
Xəbər televiziyasının məlumatına görə, Amerikanın tanınmış jurnalisti və yazarı və Pulitser mükafatının laureatı Nikolas Kristof ABŞ prezidentinin miqrant fərmanına toxunaraq deyib: Düşünmədən və daşürəkliliklə müsəlmanların Amerikaya girişinə qadağa amerikalıların təhqir olunmasına səbəb olub.
Kristof Amerika prezidenti Donald Trampın bu ölkənin nümayəndəsi olmadığını bəyan edərək deyib: Bütün amerikalılar radikallığı pisləməli və ksenofobiyanı kənara qoymalıdırlar.
Pulitser mükafatının laureatı əlavə edib: Müsəlmanlar və başqaları arasında həqiqi boşluq yoxdur, əslində bütün dinlərin mötədilləri ilə radikalları arasında həqiqi boşluq vardır.