Fev 05, 2017 13:31 Asia/Baku
  • Floridada minlərlə etirazçı aksiya keçirib
    Floridada minlərlə etirazçı aksiya keçirib

Amerikanın minlərlə vətəndaşı Florida ştatında bu ölkə prezidentinin siyasətlərinə etiraz edib.

İRNA-nın məlumatına görə, Floridada aksiya iştirakçıları ABŞ prezidenti Donald Trampın 7 ölkə vətəndaşlarının Amerikaya girişinə qadağaya dair fərmanı əleyhinə şüarlar səsləndiriblər. 

Pensilvaniya ştatında Filadelviya şəhərinin sakinləri də Trampın miqrant fərmanına qarşı aksiya keçiriblər. 

ABŞ prezdenti Donald Tramp bir layihənin icrasına fərman verib. Fərmana əsasən İran da daxil 7 müsəlman ölkənin vətəndaşlarının Amerikaya girişi 90 gün müddətinə qadağan edilib. 

ABŞ prezidentinin qərarı dünya səviyyəsində reaksiyalara səbəb olub və dünyanın bir çox ölkəsi, o cümlədən Avropa ölkələrində irimiqyaslı aksiyalar keçirilib. 

Teqlər