Fev 05, 2017 16:32 Asia/Baku
  • Avropa Birliyi Rusiya əleyhinə sanksiyaların müddətini uzatmaq niyyətindədir
    Avropa Birliyi Rusiya əleyhinə sanksiyaların müddətini uzatmaq niyyətindədir

Avropa Birliyi Rusiya əleyhinə sanksiyaların müddətini altı ay uzatmaq niyyətində olduğunu bildirib.

Avropa Birliyinin Rusiya əleyhinə sanksiyaları 2014-cü ildə Ukrayna böhranı və Krım yarımadasının Rusiya ərazisinə ilhaq edilməsi ilə tətbiq olunub və indiyə qədər bir neçə dəfə müddəti uzadılıb. 

Ria Novostinin məlumatına görə, Rusiya əleyhinə sanksiyaların ilk siyahısı 151 fiziki və 37 hüquqi şəxsə şamil olur. Bu sanksiyanın müddəti 2017-ci ilin mart ayına qədər uzadılmışdı. 

Bir qrup Avropa rəhbəri Rusiya əleyhinə sanksiyaların ləğvini bu ölkənin Ukrayna qarşısındakı mövqeyinin dəyişdirilməsi ilə şərtli hesab edib. 

Teqlər