Fev 06, 2017 11:31 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ prezidentinin miqrantlar barədə verdiyi göstəriş və bu qərarın ABŞ-ın daxili siyasi vəziyyətinə göstərdiyi mənfi təsirlər Amerikanı xaosa sürükləməkdədir.

Donald Tramp mühacirlərin ABŞ-a girişinin qadağan edilməsi və 7 müsəlman ölkəsi vətəndaşlarına vizanın verilməməsi ilə bağlı qərarının icrasını durduran  Syatel Federal Məhkəməsinin qərarını lağa qoymaq, təhqir etmək və ittiham vurmaqla cavablandırıb. 

ABŞ prezidenti öz Tvitter səhifəsində yazıb: Ölkəmizi bu qanunun icrasından uzaqlaşdıran məhkəmə hakiminin bu qərarı gülüncdür və tezliklə ləğv ediləcək. 

ABŞ-ın Ədliyyə Nazirliyi isə daha öncə Syatel Federal Məhkəməsinin çıxartdığı qərarın icrasının durdurulması barədə qərar qəbul etməyəcəyini elan etsə də, sonda ölkə prezidentinin qərarının icrasının durdurulması barədə Syatel Məhkəməsinin qərarı barədə San-Fransisko məhkəməsinə apelyasiya şikayəti təqdim edib. 

ABŞ hökumətinin hazırda bu məhkəmə işi ilə məşğul olduğu bir vaxtda Dövlət Departamenti bildirib ki, Amerikaya səfər vizasına malik olanlara ölkəyə giriş icazəsi verəcək. 

Bir ABŞ vətəndaşı isə yaşananlar barədə deyir: Mən ABŞ prezidentinin qərarının icrasının durdurulması barədə çıxarılan məhkəmə qərarından çox şadam. Baxmayaraq ki, bu məhkəmə qərarı tam bir dəlilik olan qərarın ləğvi istiqamətində yekun addım sayılmır. Amma, ağıl və məntiqə əsaslanan bir addım olduğu üçün biz onu himayə edirik. 

ABŞ hökuməti və məhkəmə orqanı arasında yaşanan çəkişmələr fonunda digər məsələlər də gündəmə gətirilir ki, bu məsələlər ölkə daxilində vəziyyətin gərginləşməsinə və xaosa səbəb olur. Belə ki, ABŞ prezidenti hazırda, mühacirlərlə bağlı qərarında istifadə etdiyi ifadələrə görə bir sıra etirazlar və şikayətlər ilə üz-üzədir. 

Teqlər