Fev 06, 2017 13:04 Asia/Baku
  • Rumıniyada hökumət əleyhinə xalq etirazları
    Rumıniyada hökumət əleyhinə xalq etirazları

Rumınya xalqı hökumət əleyhinə etirazların 6-cı günündə bazar günü paytaxt Buxarest və bir neçə digər şəhərdə aksiya keçirib.

İRİB-nin verdiyi məlumata görə, Rumıniya dövlətinin xalq etirazlarına görə anti-korrupsiya qanunlarına dəyişikliyin edilməsi ilə bağlı öz mövqeyindən geri çəkilməyə məcbur olmasına baxmayaraq, bu addım, qəzəblənmiş xalqın sakitləşməsinə kömək etməyib. 

Narazı xalq kütləsi hakim partiyanı oğru elan edərək, hakimiyyətin istefa verməsini tələb edir. 

Rumınya hökumətinin anti-korrupsiya qanunlarına dəyişiklik etmək və bu qanunları yüngülləşdirmək üzrə cəhdi ilk başdan ölkə daxilində və xaricində ciddi etirazlara səbəb olub. 

Rumıniya hökuməti bu addımın zindanlarda məhbusların sayının azaldılması məqsədi ilə atıldığını iddia edir.

İqtidara gəlməsindən sadəcə 1 ay keçən Sorin Qrindano hökuməti ötən həftə gözlənilməz bir hərəkətdə, ölkə rəsmiləri və siyasətçilərinin korrupsiya işi ilə bağlı məsuliyyətə cəlb edilməsinin qarşısını almışdı. 

Bu qərara əsasən siyasətçilər və rəsmilərin öz səlahiyyətlərindən sui-istifadə etmələri 44000 avrodan daha az məbləğin mənimsənilməsinə səbəb olduğu təqdirdə, bu rəsmilər məsuliyyətə cəlb edilməyəcəklər. 

Teqlər