Parisdə de-stabillik artıb
-
Parisdə de-stabillik artıb
Parisin ətrafında fransız polisin bir gənc oğlana dəyənəklə cinsi təcavüzü ardınca bu bölgədə qarşıdurma və de-stabillik artıb.
Fransa polis zabitinin Parisin ətrafındakı yerləşən Olne Subuada bir gənc oğlana dəyənəklə cinsi təcavüzündən sonra, bölgə sakinləri küçələrə axışıb və polislə toqquşub. Parisin ətrafında yüzlərlə vətəndaş bazar ertəsi gecə etiraz aksiyası keçirib. Aksiya polisin müdaxiləsi ilə insidentlə nəticələnib. Bazar ertəsi gecə qarşıdurmalarında polis 26 nəfəri saxlayıb və etirazçılar da bir polis avtomobilini yandırıblar.
Polis sözçülərindən biri çərşənbə axşamı günü bildirib: Bu hadisələrdə kimsə xəsarət almayıb, lakin etirazçıların məqsədi polis əməkdaşlarını öldürmək idi. Bu məsələ qəbuledilməzdir.
Fransa polisinin qeyri-etik hərəkəti ötən həftə və polisin narkotik maddələrin qaçaqçılarının həbs olunması məqsədilə keçirdiyi əməliyyat ərzində baş verib. Bu polis zabiti bazar günü ağır cinsi təcavüz və daha üç zabit isə sərt hücumda ittiham olunublar.